Bank Of Baku

Azərbaycanın 19 yaşlılardan ibarət futbol yığması Moskvanın “Spartak” klubu ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşlılardan ibarət futbol yığması Moskvanın “Spartak” klubu ilə qarşılaşacaq
# 01 fevral 2007 14:19 (UTC +04:00)
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərinə təlim-məşq toplanışına yollanan 19 yaşlılardan ibarət yığma komandamız Moskvanın “Spartak” klubunun şərəfini qoruyan həmyaşıdları ilə görüşəcək. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, fevralın 3-də Nalçikin “Spartak” komandası ilə görüş nəzərdə tutulsa da, nalçiklilər Krımska gəlməyindən ilk yoxlama oyunundakı rəqib dəyişdirilib. Fevralın 5-də isə yeniyetmələrimiz Rusiyanın digər təmsilçisi “Tom” klubu ilə üz-üzə gələcək. B.Əsgərov həmçinin bildirib ki, fevralın 7-də daha bir yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulsa da, hələlik rəqib müəyyənləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR