Bank Of Baku

Şahin Diniyev: “Ermənistanla səfərdəki oyunumuzun İrəvanda baş tutacağına inanmıram”

Şahin Diniyev: “Ermənistanla səfərdəki oyunumuzun İrəvanda baş tutacağına inanmıram”
# 01 fevral 2007 14:46 (UTC +04:00)
“Bir vətəndaş kimi, Ermənistan yığmasının Azərbaycanla Bakıda oyun keçirməsinə razı deyiləm. Azərbaycanda işğalçı ölkənin himninin səsləndirilməsinə, bayrağının qaldırılmasına kim razı olar? Əgər ermənilərlə ev oyunumuzu Bakıda keçirsək, onda Qarabağın işğalı ilə razılaşmış olarıq”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında milli komandamızın baş məşqçisi Şahin Diniyev söyləyib. Ermənistanla yığmamızın ev oyununun neytral meydanda keçirilməsinə tərəfdar olan Ş.Diniyev bildirib ki, tərəflər arasındakı cavab görüşünün İrəvanda baş tutacağına da inanmır: “Azərbaycanla Ermənistan arasındakı oyunların yerini müəyyənləşdirmək mənim səlahiyyətim çərçivəsində deyil. Bu, dövlət səviyyəsində həll edilməlidir. AFFA rəhbərliyi hansı qərar versə, bununla razılaşmalıyıq. Bütün hallarda, Ermənistanla səfər oyununun İrəvanda baş tutacağına inanmıram”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR