Bank Of Baku

“Olimpik” Nizami Hacıyevin Kiyevin “Arsenal” klubuna keçidinə razılıq verib

“Olimpik” Nizami Hacıyevin Kiyevin “Arsenal” klubuna keçidinə razılıq verib
# 01 fevral 2007 15:42 (UTC +04:00)
19 yaşlılardan ibarət yığma komandamızın üzvü Nizami Hacıyevin şərəfini qoruduğu “Olimpik” klubundan Kiyevin “Arsenal” komandasına keçidi ilə bağlı razılıq əldə olunub. Bu haqda “APA-Sport” agentliyinə, futbolçunun özü məlumat verib. N.Hacıyevin sözlərinə görə, transfer məsələləri həftəsonunadək həll olunmalıdır: “İki klub rəhbərliyi səviyyəsində məsələ həllini tapıb. “Arsenal” “Olimpik”in transferim üçün istədiyi kompensasiyanı ödəməyə razıdır. Amma mənim irəli sürdüyüm şərtlərin hamısı ukraynalıları qane etmir. Bu şərtlər Azərbaycanda bağlanan müqavilələrdə nəzərə alınmır. “Arsenal” bəzi tələblərimi yerinə yetirməsə belə, məni transfer etməkdə israrlıdır. Son sözü “Arsenal”ın prezidenti deyəcək”.
Qeyd edək ki, 19 yaşlılardan ibarət yığma komandamız Rusiyaya təlim-məşq toplanışına yollansa da, N.Hacıyev Bakıda qalıb. Onun səfərə aparılmaması “Olimpik” klubunda ikinci dövrəyə hazırlıqla bağlıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR