Bank Of Baku

“Simurq” müqavilə bağladığı futbolçuların siyahısını AFFA-ya təqdim edib

“Simurq” müqavilə bağladığı futbolçuların siyahısını AFFA-ya təqdim edib
# 01 fevral 2007 15:45 (UTC +04:00)
Futbol üzrə XV milli çempionatın debütantı olan Zaqatalanın “Simurq” klubu dövrələrarası fasilədə heyətinə qatdığı futbolçuların siyahısını Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təqdim edib. “APA-Sport” agentliyinin məlumatına görə, artıq AFFA-da rəsmən qeydiyyatdan keçmiş klubun iştirak ərizəsində 6 futbolçunun adı göstərilib. Bunlar Ağdamın “Qarabağ” klubundan transfer edilən 28 yaşlı müdafiəçi Ramiz Hüseynov, Ukraynanın “Karpatı” klubundan 34 yaşlı müdafiəçi Mixaylo Starostyak, Bakının “Olimpik” komandasından 28 yaşlı yarımmüdafiəçi Ruslan Musayev, paytaxtın digər “İnter” klubundan 26 yaşlı yarımmüdafiəçi Aqşin Ömərovla 34 yaşlı hücumçu Vyaçeslav Lıçkin və Ukraynanın “Lvov” klubundan 34 yaşlı hücumçu Vladimir Mazyardır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR