Bank Of Baku

“Xəzər-Lənkəran”la “Partizan” arasındakı oyunun vaxtı müəyyənləşib

“Xəzər-Lənkəran”la “Partizan” arasındakı oyunun vaxtı müəyyənləşib
# 01 fevral 2007 15:57 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” Serbiyanın “Partizan” klubu ilə fevralın 6-da qarşılaşacaq. Bu haqda “APA-Sport” agentliyinə klubun mətbuat katibi Zaur Əzizov məlumat verib. Z.Əzizovun sözlərinə görə, bu, komandanın Dubay hazırlığında sonuncu sınağı olacaq. Qeyd edək ki, “Partizan”la görüş yanvarın 31-də keçirilməli olsa da, serbiyalıların müraciətinə əsasən başqa vaxta təyin edilmişdi. Z.Əzizov həmçinin bildirib ki, milli komandaya dəvət alan oyunçuları - Ceyhun Sultanov, İlqar Qurbanov və Vüqar Nadirov artıq BƏƏ-ni tərk edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR