Bank Of Baku

Ramiz Mirzəyev Ələddin Ağayini özünə köməkçi təyin edib

Ramiz Mirzəyev Ələddin Ağayini özünə köməkçi təyin edib
# 02 fevral 2007 07:28 (UTC +04:00)
Az öncə “İnter” klubuna uzun müddətli icarəyə verildiyi üçün “Şəfa” İdman Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən istefa verən Ələddin Ağayi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) rəhbər vəzifədə çalışacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumatı Ələddin Ağayinin özü verib. Onun sözlərinə görə, bundan sonra AFFA prezidenti Ramiz Mirzəyevin köməkçisi kimi fəaliyyət göstərəcək. “Şəfa” İdman Sağlamlıq Mərkəzinin yeni direktorunun adı da müəyyənləşib. Bu postda indiyədək Zabrat qəsəbə stadionuna rəhbərlik etmiş Elman Hüseynov çalışacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR