Bank Of Baku

Luis Felipe Skolari Portuqaliya yığmasının heyətini açıqlayıb

Luis Felipe Skolari Portuqaliya yığmasının heyətini açıqlayıb
# 02 fevral 2007 07:33 (UTC +04:00)
Futbol üzrə Portuqaliya milli komandası fevralın 6-da Böyük Britaniyanın paytaxtı Londonda Braziliya yığması ilə yoldaşlıq görüşünə çıxacaq. Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanla eyni qrupda yer alan portuqaliyalıların baş məşqçisi Luis Felipe Skolari “Eşberton Qrouş” stadionunda keçiriləcək matçın hazırlıq prosesinə 20 futbolçu çağırıb.
Qapıçılar: Kim (“Benfika”), Rikardo (“Sportinq”). Müdafiəçilər: Fernando Meyra (“Ştutqart”, Almaniya), Jorje Andrade (“Deportivo”, İspaniya), Migel (“Valensiya”, İspaniya), Manuel Da Koşta (“Eyndhoven”, Hollandiya), Marko Kaneyra (“Sportinq”), Paulo Ferreyra, Rikardo Karvalyo (hər ikisi “Çelsi”, İngiltərə). Yarımmüdafiəçilər: Deku (“Barselona, İspaniya), Peti (“Benfika”), Uqu Viana (“Valensiya”, İspaniya), Joau Moutinyo (“Sportinq”), Raul Meyreleş (“Portu”), Tyaqu (“Lion”, Fransa). Hücumçular: Kriştiano Ronaldo (“Mançester Yunayted”, İngiltərə), Elder Poştiqa (“Portu”), Nunu Qomeş, Simao Sabroza (hər ikisi “Benfika”), Rikardo Kuarejma (“Portu”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR