Bank Of Baku

“MKT-Araz” Antalyada ilk qələbəsini “Manaqvasspor” üzərində qazanıb

“MKT-Araz” Antalyada ilk qələbəsini “Manaqvasspor” üzərində qazanıb
# 02 fevral 2007 09:18 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu Türkiyədə hazırlığı çərçivəsində keçirdiyi yoxlama görüşlərində ardıcıl üç heç-heçədən sonra qələbə qazanıb. Türkiyənin həvəskar “Manaqvasspor” komandası üzərində qazanılan 2:1 hesablı qələbədə “MKT-Araz” klubunun ukraynalı baş məşqçisi İqor Nakoneçnı meydana əvəzedici heyəti və baxışa gələnləri buraxıb. Komandamız rəqibini baxışa gələn belaruslu hücumçu Vitali Ledinyovun vurduğu iki qolla üstələyib. “APA-Sport” agentliyinin məlumatına görə, “MKT-Araz” Antalya toplanışında sonuncu yoxlama oyununu fevralın 4-də keçirməyi planlaşdırır. Baş məşqçi İ.Nakoneçnı həmin gün iki heyətlə iki oyun keçirmək fikrindədir. Rəqiblər Şimali Kiprin “Yaşılcami” və Rusiyanın “Rubin” klubları olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR