Bank Of Baku

“Xəzər-Lənkəran” “Sürix” və “Zaltsburq” klubları ilə oynamaqdan imtina edib

“Xəzər-Lənkəran” “Sürix” və “Zaltsburq” klubları ilə oynamaqdan imtina edib
# 02 fevral 2007 10:24 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında “Xəzər-Lənkəran” İsveçrənin “Sürix” və Avstriyanın “Zaltsburq” klubları ilə yoxlama oyunları keçirməkdən imtina edib. Bu haqda “APA-Sport” agentliyinə klubun mətbuat katibi Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, “Sürix” və “Zaltsburq” komandalarının vaxt baxımından etdikləri təklif sərfəli olmayıb: “Onlar yoxlama oyununu bu gün keçirməyi təklif edirdilər. Ancaq məşqçilər korpusu hazırlıq planlarına dəyişiklik etmək istəmədi. Biz sabah üçün yoxlama oyunu planlaşdırmışıq. Ancaq nə “Sürix”, nə də “Zaltsburq” fevralın 3-də oynamağa razı oldu”.
Qeyd edək ki, “Sürix” və “Zaltsburq” klubları hazırda öz çempionatlarında birinci pillələrdə qərarlaşıblar. “Xəzər-Lənkəran”ın fevralın 6-da Serbiyanın “Partizan” komandası ilə yoxlama oyununadək sınaq matçı keçirmək variantı isə qüvvədədir. Sabah keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşündə rəqib Rusiyanın birinci dəstəsində çıxış edən “Ural” klubu olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR