Bank Of Baku

Milli komandamız Özbəkistanda Vergi Müfəttişliyinin otelində məskunlaşacaq

Milli komandamız Özbəkistanda Vergi Müfəttişliyinin otelində məskunlaşacaq
# 02 fevral 2007 14:26 (UTC +04:00)
Fevralın 7-də Karşi şəhərindəki “Barkomol Avlod” stadionunda Özbəkistan yığması ilə yoldaşlıq görüşünə çıxacaq Azərbaycan milli komandası bu gün “Şəfa” stadionunda ilk məşqinə çıxıb. Sabahdan Sumqayıtda hazırlığını davam etdirəcək yığmamız Daşkəndə fevralın 5-də səhər saatlarında yollanacaq. Artıq milli komandamızın Özbəkistanda məskunlaşacağı otel müəyyənləşdirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Karşi şəhərindəki Vergi Müfəttişliyinin otelində qalacaq. Baş məşqçi Şahin Diniyev fevralın 5-də axşam, ertəsi gün səhər saatlarında Özbəkistanla yoldaşlıq oyununu keçiriləcəyi arenada komandamızı məşqə çıxaracaq. Millilərimiz fevralın 8-də səhər saatlarında Karşi-Daşkənd-Bakı reysi ilə vətənə qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR