Bank Of Baku

“Turan” “Şahdağ” klubunu məğlub edib

“Turan” “Şahdağ” klubunu məğlub edib
# 02 fevral 2007 14:38 (UTC +04:00)
Bakıda təlim-məşq toplanışında olan Tovuzun “Turan” klubu Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirdiyi ikinci yoxlama oyununda da qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Turan” yoldaşlıq görüşü keçirmək üçün paytaxta dəvət etdiyi Qusarın “Şahdağ” klubunu 2:1 hesabı ilə məğlub edib. Tovuz komandasının heyətində Asəf Qədiri və penalti zərbəsindən gürcüstanlı İrakli Vaşakidze, “Şahdağ”dan isə yeni legioner İsmayıl Xalimbekov fərqlənib. “Turan” Bakıdakı hazırlıq prosesində sonuncu sınaq matçını fevralın 4-də Qəbələnin “Gilan” klubu ilə keçirməyi planlaşdırır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR