Bank Of Baku

Fuad Əsədov İsveçrəyə yollanacaq

Fuad Əsədov İsveçrəyə yollanacaq
# 02 fevral 2007 14:53 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov İsveçrəyə səfər edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA rəsmisi fevralın 22-də və 23-də Avropa Futbol Assosiasiyaları İttifaqının Nyon şəhərindəki mənzil-qərargahında lisenziyalaşdırma ilə əlaqədar keçirilməsi nəzərdə tutulan seminarda iştirak edəcək. F.Əsədovu bu səfərdə lisenziyalaşdırma üzrə birinci instansiyanın rəhbəri Elçin Usub və lisenziyalaşdırma üzrə Apelyasiya Komissiyasının sədri Ramin Məmmədov müşayiət edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR