Bank Of Baku

UEFA fevralın 7-də Azərbaycan və Ermənistan yığmaları arasındakı görüşlərin harada keçirilməsi haqda ilkin qərar çıxaracaq

UEFA fevralın 7-də Azərbaycan və Ermənistan yığmaları arasındakı görüşlərin harada keçirilməsi haqda ilkin qərar çıxaracaq
# 02 fevral 2007 15:49 (UTC +04:00)
Futbol üzrə Azərbaycan və Ermənistan milli komandaları arasında Avropa çempionatının seçmə qrup mərhələsində keçiriləcək oyunların yeri haqda ilkin qərar fevralın 7-də çıxarılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, həmin gün Avropa Futbol Federasiyaları İttifaqının (UEFA) yeni prezidenti Mişel Platininin rəhbərliyi altında UEFA-nın yeni tərkibli İcraiyyə Komitəsinin (İK) ilk iclası keçiriləcək. İK-də müzakirə ediləcək bir sıra məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan yığmalarının oyunlarının yerinin müəyyənləşdirilməsi haqda da fikir mübadiləsi aparılacaq. Bundan sonra UEFA-da bu oyunların yerini müəyyənləşdirilməsi ilə bağlı yaranan xüsusi komissiya ilə Azərbaycan və Ermənistan Futbol Federasiyasının rəhbərləri arasında üç tərəfli görüş keçiriləcək. Bu məsələ ilə bağlı son qərar isə iyulun 8-dək çıxarılmalıdır.
Xatırladaq ki, Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatının seçmə qrup mərhələsinin təqviminə əsasən, sentyabrın 8-də Bakıda, dörd gün sonra isə İrəvanda qarşılaşmalıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR