Bank Of Baku

Tuqay Kərimoğlu Türkiyə milli komandasında vida oyununu Gürcüstanda keçirəcək

Tuqay Kərimoğlu Türkiyə milli komandasında vida oyununu Gürcüstanda keçirəcək
# 02 fevral 2007 16:02 (UTC +04:00)
Futbol üzrə Türkiyə milli komandası fevralın 7-də Tiflisdə Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Baş məşqçi Fatih Terim gürcüstanlılarla oyunda forma geyinə biləcək futbolçuların adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, F.Terim sonuncu dəfə 2004-cü ilin noyabrında Latviya ilə Avropa çempionatının pley-off matçında forma geymiş Tuqay Kərimoğlunu da qarşılaşmaya hazırlaşacaq 25 futbolçudan ibarət siyahıya daxil edib. T. Kərimoğlu üçün bu matç yığma ilə vida görüşü olacaq. Gürcüstan - Türkiyə oyununu latviyalı hakim Roman Layuks idarə edəcək. Ona həmyerliləri Sergey Braqa ve Yanis Pukiyans yardımçı olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR