Bank Of Baku

FİFA Polşa Futbol İttifaqını ciddi sanksiya ilə hədələyib

FİFA Polşa Futbol İttifaqını ciddi sanksiya ilə hədələyib
# 02 fevral 2007 16:20 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Polşa Futbol İttifaqını (PZPN) ciddi sanksiya ilə hədələyib. Polşa hökumətinin futbola müdaxilə etməsi
ilə bağlı FİFA-nın yaydığı press-relizdə PZPN-nin beynəlxalq futbol təşkilatlarından uzaqlaşdırılacağı qeyd edilib. “APA-Sport” agentliyinin məlumatına görə, siyasətin futbola müdaxiləsi ucbatından FİFA-nın hədəfində olan Polşada idman naziri Tomaş Lipiets Martsin Voyçisçakı müvəqqəti olaraq PZPN prezidenti vəzifəsinə təyin edib. Martda keçiriləcək seçkilərə qədər PZPN-ə rəhbərlik edəcək 35 yaşlı M. Voyçisçak indiyədək hüquqi işlər üzrə müşavir və Polşa Milli Olimpiya Komitəsinin məhkəməsində hakim kimi çalışıb.
Xatırladaq ki, Polşanın futbol üzrə milli komandası Azərbaycan yığması ilə birgə Avropa çempionatında eyni qrupda yer alıb. Millimiz polşalılarla ilk oyununu martın 24-də səfərdə keçirməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR