Bank Of Baku

Özbəkistan yığmasının baş məşqçisi Azərbaycanla yoldaşlıq görüşündə iştirak edəcək futbolçuların adlarını açıqlayıb

Özbəkistan yığmasının baş məşqçisi Azərbaycanla yoldaşlıq görüşündə iştirak edəcək futbolçuların adlarını açıqlayıb
# 02 fevral 2007 16:40 (UTC +04:00)
Fevralın 7-də milli komandamızla yoldaşlıq görüşü keçirəcək Özbəkistan yığmasının baş məşqçisi Rauf İnileyev heyət cəlb etdiyi futbolçuların adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 19 nəfərlik heyətdə 10 futbolçu Özbəkistan çempionu, “MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku” turnirinin son qalibi olan Daşkəndin “Paxtakor” klubundan dəvət edilib. Millimizdən fərqli Özbəkistan yığmasında ölkədən kənarda çıxış edən futbolçular yer alıb. Bəxtiyar Aşurmatov 2004-cü il mayın 28-də Bakıda keçirilən yoldaşlıq görüşünün iştirakçısı olub. Həmin oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.
Qapıçılar: İqnati Nesterov, Timur Curayev (hər ikisi “Paxtakor”). Müdafiəçilər: Bəxtiyar Aşurmatov (“Krılya Sovetov”, Rusiya), Aleksey Nikolayev (“Aktobe” Qazaxıstan), İslam İnomov, İlham Suyunov, Kəmaləddin Taciyev (hamısı “Paxtakor”), Rüstəm Bakiyev (“Traktor”). Yarımmüdafiəçilər: Leonid Koşelev, Ənvər Soliyev, Timur Kapadze, Sərvər Ceparov, İldar Maqdeyev (hamısı “Paxtakor”), Viktor Karpenko (“Kayrat”, Qazaxıstan), Rüstəm Aqzamov (“Nasaf”). Hücumçular: Cafar İrismetov (“Alma-Ata”, Qazaxıstan), Aleksandr Heynrix (“Torpedo”, Rusiya), Uluqbek Bakayev (“Tobol”, Qazaxıstan), Pavel Solomin (“Traktor”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR