Bank Of Baku

Şotlandiya komandası Azərbaycan kubokunun debüt oyununda darmadağın olub

Şotlandiya komandası Azərbaycan kubokunun debüt oyununda darmadağın olub
# 02 fevral 2007 16:52 (UTC +04:00)
Bu gün futzal üzrə Azərbaycan kuboku uğrunda mübarizəyə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, qrup mərhələsinin ilk turunda A qrupunda yer alan ölkə çempionu “Araz” Şotlandiyanın PLS komandasını darmadağın edib - 7:1. Qrupun digər oyununda “Star GSM” “Ruslan” üzərində 15:4 hesabı ilə qələbə qazanıb. B qrupunun oyunlarında TT klubu “Azal”ı 13:4, “Miri Qrand” isə “Qarabağ veteranları” komandasını 7:4 hesabı iləüstələyib. İkinci turun oyunları fevralın 5-də olacaq. Həmin gün “Araz” “Ruslan”, “Star GSM” - PSL, TT “Qarabağ veteranları” və “Azal” “Miri-Qrand” görüşləri keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR