Bank Of Baku

Milli komandamız sabah “Gənclərbirliyi” klubu ilə qarşılaşacaq

Milli komandamız sabah “Gənclərbirliyi” klubu ilə qarşılaşacaq
# 03 fevral 2007 10:25 (UTC +04:00)
Milli komandamız Özbəkistan yığması ilə yoldaşlıq görüşünə hazırlıq məqsədi ilə sabah yoxlama oyunu keçirəcək. Yığmanın baş məşqçisi Şahin Diniyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, komanda “Gənclərbirliyi” klubu ilə sınaq matçında qüvvəsini sınayacaq. “Şəfa” stadionunda keçirilməsi nəzərdə tutulan görüş saat 16:00-da başlayacaq. Oyunun hər hissəsi 25 dəqiqə davam edəcək. “Neftçi” klubunun heyətində Türkiyənin Antalya şəhərində Qazaxıstanın “Jetısu” komandası ilə yoldaşlıq görüşünün iştirakçısı olan Aleksandr Çertoqanov artıq millinin hazırlığına qatılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR