Bank Of Baku

“Katanya” “Palermo” görüşündə polis zabiti öldürüldüyündən İtaliya çempionatı dayandırılıb

“Katanya”  “Palermo” görüşündə polis zabiti öldürüldüyündən İtaliya çempionatı dayandırılıb
# 03 fevral 2007 11:08 (UTC +04:00)
“Katanya” fanatları qolun qaydalar çərçivəsində vurulmadığını iddia ediblər. İnsident nəticəsində 38 yaşlı polis zabiti öldürülüb. Oyun tribunalardakı çaxnaşma ucbatından iki dəfə dayandırılıb. İtaliya Futbol Federasiyası yaxın vaxtlarda ölkə daxilində heç bir oyunun, eləcə də, fevralın 7-də İtaliya millisi ilə Rumıniya arasındakı görüşün keçirilməyəcəyi barədə qəti qərar çıxarıb. “Palermo”nun 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın nəticəsinin isə ləğv olunacağı gözlənilir. İtaliyanın baş naziri Romano Prodi də insidentə biganə qalmayıb: “Biz qayda-qanun yaratmalıyıq. Təəssüf ki, son zamanlar idmanda belə özbaşınalıq halları az olmur. Ona görə də biz belə halların təkrarlanmaması üçün bütün qüvvəmizi səfərbər edəcəyik”. İtaliya Futbol Federasiyasının komissarı Luka Pankalli də kəskin çıxış edib: “Əgər biz oyunlar zamanı təhlükəsizliyin qorunması yollarını tapmasaq, İtaliyada futbol olmayacaq. Biz sadəcə, çempionatı bərpa etməyəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR