Bank Of Baku

Azərbaycanda “Barselona” futbol məktəbinin proqramını tətbiq etmək istəyirik

Azərbaycanda “Barselona” futbol məktəbinin proqramını tətbiq etmək istəyirik
# 05 fevral 2007 08:01 (UTC +04:00)
“Biz “Barselona” futbol məktəbinin proqramını bir çox ölkədə tətbiq etmək istəyirik. Bu ölkələrdən biri də Azərbaycandır”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi eksklüziv açıqlamasında Bakıda səfərdə olan İspaniyanın “Barselona” klubunun meneceri Yaqo Aqillera söyləyib. Gürcüstanın “Lokomotiv” klubunun uşaq-gənclər məktəbinin direktoru olan Yaqo Aqillera Azərbaycan futbolu haqda da mövqeyini açıqlayıb. “Şəfa” stadionunda Bakının “Olimpik” və Tiflisin “Lokomotiv” klubları arasında yoldaşlıq görüşünü izləyən Y.Aqilleranın sözlərinə görə, Azərbaycan futbolunun səviyyəsi İspaniya çempionatının üçüncü liqası ilə müqayisə edilə bilər: “Olimpik” və Gürcüstanın güclülər dəstəsində mübarizə aparan bir-iki komanda İspaniyada ikinci və üçüncü liqalarda oynamağa qadirdir”. Menecer “Olimpik” klubunun heyətində 19 yaşlılardan ibarət milli komandamızın üzvü Nizami Hacıyevin oyununu bəyəndiyini və onunla gələcəkdə maraqlanacağını vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR