Bank Of Baku

“MKT-Araz” belaruslu hücumçu Vitali Ledinyovla müqavilə bağlayacaq

“MKT-Araz” belaruslu hücumçu Vitali Ledinyovla müqavilə bağlayacaq
# 05 fevral 2007 08:47 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu Türkiyədə təlim-məşq toplanışını başa vurub. Komandamız Antalyada keçirdiyi son yoxlama oyunlarını qələbə ilə başa vurub. Klubun baş meneceri Ramiz Qarayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Rusiyanın premyer-liqa təmsilçisi “Rubin” klubu ilə görüşdə Anatoli Doroşun vurduğu yeganə qolla minimal hesablı qələbə qazanılıb. Bundan sonra “MKT-Araz” Şimali Kipr Türk Cumhurriyənin “Yenicami” klubu ilə üz-üzə gəlib və rəqibini Arif Daşdəmirov ilə Ruslan Qafitullinin qollar sayəsində 2:0 hesabı ilə məğlub edib. Baş menecer bildirib ki, baxışa gələnlərdən belaruslu hücumçu Vitali Ledinyovla Bakıya qayıtdıqdan sonra müqavilə bağlanacaq. “MKT-Araz” vətənə sabah qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR