Bank Of Baku

“Xəzər-Lənkəran” Rusiyanın “Ural” klubu ilə heç-heçə oynayıb

“Xəzər-Lənkəran” Rusiyanın “Ural” klubu ilə heç-heçə oynayıb
# 05 fevral 2007 08:53 (UTC +04:00)
Lənkəranın “Xəzər-Lənkəran” klubu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesində keçirdiyi dördüncü yoxlama oyununda da heç-heçə edib. Klubun mətbuat katibi Zaur Əzizovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Rusiyanın birinci dəstəsində çıxış edən “Ural” klubu ilə oyun qolsuz bərabərliklə başa çatıb. Qeyd edək ki, lənkəranlıların Dubaydakı ikinci hazırlıq prosesində yerli klub “Emireyts” ilə görüşündə də 0:0 hesablı heç-heçə qeydə alınmışdı. Z.Əzizov həmçinin bildirib ki, braziliyalı yarımmüdafiəçi Rodriqo Sayes zədəli olduğundan hazırlıqdan kənarda qalıb. “Xəzər-Lənkəran” Dubayda növbəti yoxlama oyununda sabah Serbiyanın “Partizan” klubu ilə görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR