Bank Of Baku

“İnter” Rusiyanın “Tom” klubuna məğlub olub

“İnter” Rusiyanın “Tom” klubuna məğlub olub
# 05 fevral 2007 09:21 (UTC +04:00)
Bakının “İnter” klubu Antalyada hazırlıq prosesində keçirdiyi növbəti yoxlama oyununda növbəti məğlubiyyətini alıb. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Rusiya premyer-liqasında çıxış edən “Tom” klubu ilə görüşdə 1:3 hesabı ilə uduzublar. V.Xodukin məğlubiyyətə görə müdafiəçilərin inamsız oynadığını əsas gətirib: “Artıq oyunun 30-cu dəqiqəsində hesabda 0:3 geridə idik. Qapımıza hər üç qol müdafiəçilərimizin kobud səhvi nəticəsində vuruldu. Vladimir Levin, Toni Aleqbe və Xəyal Mustafayevin buraxdığı səhvlərdən rəqib maksimum yararlandı. Ancaq Aleqbe oyundaşlarından fərqli olaraq, heç olmasa qol vura bildi. O, ikinci hissənin əvvəlində qapıçının qaytardığı topu qapıya göndərdi”. Baş məşqçi bildirib ki, baxışa gələnlərdən yalnız Tomas Staniçi bəyənib və bu hücumçu ilə müqavilə bağlayacaqlar. “İnter” Antalyada sonuncu yoxlama oyununu sabah Rusiyanın birinci dəstəsində çıxış edən Xabarovskun “OİK-Enerji” klubuna qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR