Bank Of Baku

“Olimpik” Gürcüstanın “Lokomotiv” klubunu məğlub edib

“Olimpik” Gürcüstanın “Lokomotiv” klubunu məğlub edib
# 05 fevral 2007 09:22 (UTC +04:00)
Bakının “Olimpik” klubu Tiflisin “Lokomotiv” komandası ilə keçirdiyi yoldaşlıq görüşünü qələbə ilə başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, “Şəfa” stadionunda keçirilən oyunda komandamız rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Olimpik” oyunun əvvəlində Nizami Hacıyevin qolu ilə hesabda irəli çıxsa da, “Lokomotiv” fasilədən az sonra bərabərlik topunu vurub. Komandamız qələbəni oyunun sonuna yaxın Xaqani Məmmədovun vurduğu iki qol sayəsində əldə edib. Qeyd edək ki, “Olimpik” bu yoxlama oyunu ilə “Uzun ömür” otelindəki təlim-məşq toplanışını başa vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR