Bank Of Baku

Milli komandamız “Gənclərbirliyi” ilə heç-heçə oynayıb

Milli komandamız “Gənclərbirliyi” ilə heç-heçə oynayıb
# 05 fevral 2007 13:23 (UTC +04:00)
Milli komandamız Özbəkistan yığması ilə yoldaşlıq görüşünə hazırlıq məqsədilə Sumqayıtın “Gənclərbirliyi” klubuna qarşı keçirdiyi yoxlama oyununu heç-heçə başa vurub. “Şəfa” stadionunda keçirilən görüş qolsuz bərabərliklə başa çatıb 0:0. 50 dəqiqə davam edən bu qarşılaşmada millimizin baş məşqçisi Şahin Diniyev sərəncamında olan 18 futbolçunun hamısını meydana buraxıb. Ş.Diniyev səfər öncəsi “APA-Sport” agentliyinə verdiyi açıqlamasında oyunun nəticəsini önəmli olmadığını bildirib: “Yoxlama oyununda nəticə o qədər önəmli deyil. Əsas istəyim meydanda hərəkəti görmək idi. Bu da məni qane etdi. Yeni futbolçular da ümidləri doğrultmaqdadır. Hələ ki yarımmüdafiənin cinahları və hücum istədiyimiz səviyyədə deyil. Özbəkistan yığması ilə oyunda iki hücumçu ilə oynayacağıq. Bu yoldaşlıq görüşündə 3-5-2 taktiki sxemi ilə çıxış etmək fikrindəyik. Artıq bu ildən yalnız oyunla kifayətlənməyib nəticə qazanmaqda da maraqlıyıq. Hesab edirəm ki, Özbəkistan yığması heç də asan rəqib deyil. Fikrimcə, qələbəni daha çox istəyən və ustalıq səviyyəsi yüksək olan komanda meydanı qalib tərk edəcək”.
Qeyd edək ki, milli komandamız bu gün Özbəkistana yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR