Bank Of Baku

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyanın “Volqar-Qazprom” klubu ilə heç-heçə oynayıb

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyanın “Volqar-Qazprom” klubu ilə heç-heçə oynayıb
# 05 fevral 2007 14:29 (UTC +04:00)
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində hazırlıq keçən 19 yaşlılardan ibarət yığma komandamız bu gün keçirdiyi yoxlama oyununu heç-heçə başa vurub. Yığma komandamızın Həştərxanın “Volqar-Qazprom” klubu ilə oyun qolsuz bərabərliklə nəticələnib 0:0. Bu haqda “APA-Sport” agentliyinə milli komandamızın baş məşqçisi Arif Əsədov məlumat verib. Baş məşqçinin sözlərinə görə, bu gün Rusiyanın “Tom” klubunun əvəzedici komandası ilə görüş nəzərdə tutulsa da, sonda rəqib dəyişib: “Tom” Krımska gəlmədiyindən “Volqar-Qazprom” klubu ilə qarşılaşdıq. Bu komanda ötən il Rusiyanın birinci dəstəsində çıxış edib. “Volqar-Qazprom”la oyun sərt mübarizə şəraitində keçdi. Rəqib kifayət qədər güclü olsa da, futbolçularımız yaxşı təsir bağışladılar. Qələbə də qazana bilərdik. Ancaq ilk yarıda Cavid Hüseynov, fasilədən sonra isə Rauf Əliyevlə Bəxtiyar Sultanov əlverişli qol vəziyyətlərini reallaşdıra bilmədilər”. Qeyd edək ki, bu komandamızın Krımskda keçirdiyi ikinci yoxlama oyunudur. İlk oyununu ötən şənbə keçirən 19 yaşlılardan ibarət yığmamız Moskvanın “Spartak” klubunun əvəzedici komandasına qarşılaşıb və sonuncu dəqiqədə buraxdığı qolla 0:1 hesabı ilə yenilib. A,Əsədov həmçinin bildirib ki, “Spartak”la oyunda Krasnodar şəhərində yaşayan həmyerlilərimiz Elçin Uluxanovla Təvəkkül Məmmədovu yoxlayıb. Bu futbolçuların səviyyəsindən qane olmayan baş məşqçi “Volqar-Qazprom”la görüşdə onları sınamağa ehtiyac duymayıb. 19 yaşlılardan ibarət yığma komandamız hazırlıq prosesində sonuncu yoxlama oyunu sabah keçirəcək. Rəqib Rusiyanın ikinci dəstəsində çıxış edən yerli “Amur” klubudur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR