Bank Of Baku

Fuad Musayev: “Mən Valentin Xodukin adında məşqçi tanımıram”

Fuad Musayev: “Mən Valentin Xodukin adında məşqçi tanımıram”
# 05 fevral 2007 15:10 (UTC +04:00)
“Anatoli Konkov Azərbaycana gələn ən səviyyəli əcnəbi məşqçi olub. Onu bütün postsovet məkanında tanıyırlar”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi eksklüziv açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayev söyləyib. Sabiq AFFA başçısının sözlərinə görə, ölkəmizə gələn məşqçilərin əksəriyyəti Azərbaycan futbolunun inkişafından daha çox şəxsi maraqlarını daha üstün tuturlar: “İki ilə yaxın Azərbaycanda çalışan Konkov gördü ki, komandası uğur qazana bilmir, başladı pul qazanmağa. İndi onun yerinə Valentin Xodukini gətiriblər. Mən Xodukin adında məşqçi tanımıram. Rasim Karanı da güclü məşqçi hesab etmirəm. Amma şirin danışmağı var. Naci Şensoya gəlincə, onu tanımasam da, yaxşı açıqlamalar verirdi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR