Bank Of Baku

Qurban Qurbanov: “Neftçi” ikinci dövrəyə tam hazırdır”

Qurban Qurbanov: “Neftçi” ikinci dövrəyə tam hazırdır”
# 05 fevral 2007 15:35 (UTC +04:00)
“Antalya hazırlığımız istədiyimiz kimi keçdi. Çünki hazırlıq prosesində planlaşdırdığımız planların hamısını həyata keçirə bildik”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib. Baş məşqçinin sözlərinə görə, Antalyada istənilən hava şəraitinə baxmayaraq, planlaşdırılan məşqlər buraxılmayıb: “Hətta elə olub ki, güclü yağışın altında yoxlama oyunu keçirmişik. Sınaq görüşlərində nəticə qazana bilməməyimiz məndə bədbinliyə əsas vermir. Ona görə ki, yoxlama qarşılaşmalarında qələbədən daha çox futbolçuların hazırlığı maraqlandırırdı. Oyunlara çıxmamışdan qabaq iki dəfə məşq prosesi keçdiyimiz vaxt da olub. Bütün bu ağır məşqlər isə ikinci dövrədə çətin startımıza hesablanıb. Futbolçularda ikinci dövrənin əvvəlində ardıcıl çətin oyunlara dözümlülük yaranıb. Komanda demək olar ikinci dövrəyə tam hazırdır”. Q.Qurbanov mövqelər arasında əlaqənin ikinci dövrənin gedişində tam qaydasına düşəcəyini söyləyib. Onun sözlərinə görə, yoxlama oyunlarında məhsuldarlığı ilə seçilən Samir Əliyev hələ tam formasını bərpa etməyib. Baş məşqçi sınaq matçlarında daha çox şans verdiyi Branimir Subaşiçi ən tez formasını bərpa edən futbolçu hesab edib. “Neftçi”yə qayıdan Hüseyn Məhəmmədovla Rəşad Sadıqovun hazırlıq durumundan razı qalan baş məşqçi ikinci dövrəyə ciddi hazırlaşaraq, sonadək yüksək yerlər uğrunda mübarizə aparacaqlarını qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR