Bank Of Baku

Fuad Musayev: “Sokolovun diskvalifikasiyasında yığmanın həkimi günahsızdırsa, bəs niyə AFFA-nı cəzalandırıblar?”

Fuad Musayev: “Sokolovun diskvalifikasiyasında yığmanın həkimi günahsızdırsa, bəs niyə AFFA-nı cəzalandırıblar?”
# 05 fevral 2007 16:10 (UTC +04:00)
“Milli komandamızın müdafiəçisi Sergey Sokolovla bağlı olay biabırçılıqdır. Biz AFFA-ya rəhbərlik etdiyimiz 12 il ərzində belə halla rastlaşmamışdıq”. Bu fikirləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq prezidenti Fuad Musayev bildirib. S. Sokolova görə, UEFA Nizam-İntizam Komitəsi tərəfindən AFFA-ya kəsilən 8 min frank məbləğində cərimənin AFFA tərəfindən ödənilməli olduğunu bildirən F. Musayev futbolçuya müqavilə üzrə “Qarabağ” futbol klubu tərəfindən çatası məbləğin də tam verilməsini vacib sayıb: “Sokolovun günahı yoxdur. Yığmanın həkimi Ramiz Kərimov məsuliyyətdən azad olunmamalı idi. Əgər Kərimovun günahı yoxdursa, AFFA-nı niyə cərimə edirlər? Həkim təqsirkardır. Futbolçu heç vaxt özünə istifadəsi qadağan olunmuş iynənin vurulmasına razı olmaz. Bizim dövrümüzdə belə qərar qəbul etmişdik ki, milli komandanın oyunçuları xəstələnəndə çıxış etdikləri klubların həkimləri millinin həkimi Xetaqurovla məsləhətləşməlidirlər. Həmişə də məsləhətləşirdilər. Fikrimcə, AFFA rəsmiləri Sokolovu UEFA-ya dindirilməyə göndərəndə ona günahı öz üzərinə götürməyi bildiriblər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR