Bank Of Baku

Azərbaycanın futzal tarixində görünməmiş hesab qeydə alınıb

Azərbaycanın futzal tarixində görünməmiş hesab qeydə alınıb
# 05 fevral 2007 16:25 (UTC +04:00)
Bu gün keçirilən futzal üzrə Azərbaycan kuboku uğrunda yarışın qrup mərhələsində görünməmiş hesab qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunda ölkə çempionu “Araz” “Ruslan” klubu üzərində 33:2 hesablı qələbə qazanıb. Qrupun digər oyununda “Star GSM” və Şotlandiyanın PSL komandaları arasındakı qarşılaşma bərabərliklə başa çatıb - 3:3. B qrupunda “Miri Qrand” “Azal”ı 16:3 hesabı ilə üstələyib. TT isə “Qarabağ veteranları” üzərində 8:6 hesablı qələbə qazanıb. İki turdan sonra A qrupunda “Araz”, B qrupunda isə “Miri Qrand” hərəyə 6 xalla liderdir. Artıq hər iki komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb. Üçüncü turun oyunları fevralın 8-də keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR