Bank Of Baku

“Bakı” “Standard” klubunu məğlub edib

“Bakı” “Standard” klubunu məğlub edib
# 05 fevral 2007 16:41 (UTC +04:00)
Azərbaycan çempionu “Bakı” ikinci dövrəyə hazırlığı çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda böyük hesablı qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 8-ci mikrorayonda yerləşən stadionda ölkə çempionu birinci dəstənin liderlərindən olan “Standard” komandasını 3:0 hesabı ilə məğlub edib. “Bakı”nın heyətində Samir Musayev iki dəfə fərqlənib. Komandanın üçüncü qolunun müəllifi isə fasilədən sonra meydana çıxan rumın yarımmüdafiəçi Mihay İonesku olub. Qeyd edək ki, bu oyunda yarım illik fasilədən sonra “Bakı”nın heyətinə qayıdan argentinalı hücumçu Fernando Peres forma geyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR