Bank Of Baku

Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turunun təqvimində dəyişiklik edilib

Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turunun təqvimində dəyişiklik edilib
# 06 fevral 2007 08:44 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turunun təqvimində dəyişiklik edib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov məlumat verib. M.Həsənovun sözlərinə görə, “Olimpik” - “Bakı” oyununun keçirilmə tarixi fevralın 11-nə təyin olunub. Təqvimə əsasən, bu oyun fevralın 12-də baş tutmalı idi. Ancaq həmin gün “İnter” - “Gilan” görüşünün də keçirilməsi problem yaradıb. Belə ki, “İnter” bundan sonra ev oyunlarını 15 illiyə icarəyə götürdüyü “Şəfa” stadionunda keçirəcək. “Olimpik”in də ev oyunu “Şəfa” stadionunda keçirdiyindən “Bakı” ilə görüşünün bir gün əvvələ keçirilməsi qərara alınıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR