Bank Of Baku

Natiq Əliyev: “Mərkəzi Ordu İdman Klubunun bazasının yenidən qurulması üçün 20 milyon manat vəsait lazımdır”

Natiq Əliyev: “Mərkəzi Ordu İdman Klubunun bazasının yenidən qurulması üçün 20 milyon manat vəsait lazımdır”
# 06 fevral 2007 13:34 (UTC +04:00)
“Mərkəzi Ordu İdman Klubunun bazasının yenidən qurulması üçün 20 milyon manat vəsait lazımdır. Mütəxəssislər bu məsələ üzərində işləyib və ilkin rəylərini veriblər. Hazırda maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı işlər aparılır. Yəqin ki, lazım olan vəsaiti dövlət ayıracaq. Bu məsələ həllini taparsa bazada planlaşdırılan yenidənqurma işlərini iki il müddətində başa çatdırmaq olar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Mərkəzi Ordu İdman Klubunun rəisi Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Kompleks tədbirlərə 8-10 min azarkeş tutumu olan stadionun, 5 ulduzlu otelin, mini meydançaların və 25 metr uzunluğu olan hovuzun tikilməsi də daxil olduğunu bildirən N.Əliyevin sözlərinə görə, planları reallaşarsa, beynəlxalq standartlara cavab verən ən müasir bir baza istifadəyə veriləcək: “Hazırda bazanın balasında olan idman qurğularının heç birinin vəziyyəti yaxşı deyil. Çünki burada təmir işləri sonuncu dəfə 1992-ci ildə aparılıb. Ona görə də yenidənqurma işlərinin başlanması çox vacibdir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR