Bank Of Baku

“Gilan” ikinci dövrəyə Mingəçevirdə hazırlaşacaq

“Gilan” ikinci dövrəyə Mingəçevirdə hazırlaşacaq
# 06 fevral 2007 13:43 (UTC +04:00)
“Gilan” klubu paytaxtdakı hazırlığı başa vuraraq Qəbələyə qayıdıb. Bu haqda “APA-Sport” agentliyinə klubun mətbuat katibi Nail Kərimov məlumat verib. Onun sözlərinə görə, komanda hazırlığın növbəti mərhələsini Mingəçevirdə keçirməyi planlaşdırır: “Komandanın Qəbələdə hazırlıq keçməsinə hava şəraiti imkan vermir. Qəbələ qar yağdığından məşq etməyə şərait yoxdur. Hava şəraiti ilə əlaqədar ikinci dövrəyə hazırlığın son mərhələsini Mingəçevirdə keçirəcəyik”. N.Kərimov həmçinin bildirib ki, komandanın rumıniyalı legioneri Marius Humenike vətəninə qayıdıb. Qeyd edək ki, “Gilan” birinci dövrənin ortasında ağır zədələnərək vətəninə dönən bu yarımmüdafiəçi ilə yollarını ayırmaq fikrində idi. Ancaq mövsümün sonunadək klubla anlaşması olan M.Humenikeni geri qaytarmaq daha məqsədəuyğun sayılıb. Rumıniyalı futbolçunun zədə problemi hələ qalmaqdadır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR