Bank Of Baku

Yunis Hüseynov: “Heç bir komandadan çəkinmirik”

Yunis Hüseynov: “Heç bir komandadan çəkinmirik”
# 06 fevral 2007 13:53 (UTC +04:00)
“Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov Türkiyənin Antalya şəhərində keçirdikləri hazırlıq prosesindən razı qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Y.Hüseynov artıq mövsümün ikinci yarısı üçün əsas heyəti müəyyənləşdirsə də, futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turunda “Qarabağ” ilə Yevlaxda keçiriləcək oyun öncəsi tam dəqiqləşdirəcək. Yeni futbolçuların komandaya tez uyğunlaşdığını bildirən baş məşqçi Antalyadakı yoxlama oyunlarında üç qol vuran Vadim Vasilyevin məhsuldarlığını qeyd edib. Y.Hüseynov bu sınaq matçlarında bir hücumçu ilə oynamalarının səbəbini belə izah edib: “Digər hücumçulardan Yakuba Bamba toplanışa gec gəldi, Süleyman Kamarra isə zədəli idi. Ancaq ikinci dövrədə iki hücumçu ilə oynayacağıq. Qoça Trapaidzenin hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış etməsi isə Markus Fereyranın zədəli olması ilə bağlıdır. Qoça yeni mövqeyində heç də pis təsir bağışlamadı”. Y.Hüseynov həmçinin bildirib ki, ikinci dövrədə heç bir rəqibdən çəkinməyərək, yalnız qələbəyə oynayacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR