Bank Of Baku

“Neftçi” ikinci dövrənin ilk turunda müdafiəçisi Ruslan Abışovun xidmətindən yararlana bilməyəcək

“Neftçi” ikinci dövrənin ilk turunda müdafiəçisi Ruslan Abışovun xidmətindən yararlana bilməyəcək
# 06 fevral 2007 13:58 (UTC +04:00)
“Neftçi”nin klubunun müdafiəçisi Ruslan Abışov ikinci dövrəsinin ilk turunda meydana çıxa bilməyəcək. Komandanın baş məşqçisi Qurban Qurbanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, buna futbolçunun Antalyadakı təlim-məşq toplanışında aldığı zədə səbəb olub. 20 yaşlı müdafiəçi bazar günü Sumqayıtda “Gənclərbirliyi” ilə yoxlama oyununu da buraxmalı olacaq. Baş məşqçinin sözlərinə görə, R.Abışovun sağlıq durumu getdikcə yaxşılaşır: “Komanda Bakıya qayıtdıqdan sonra Ruslan ayağında zədə olan yeri rentgendən keçirdi. Vəziyyəti getdikcə yaxşılaşır. Bununla belə, daban nahiyəsində yığılan suyun tam çəkilməsi lazımdır. Burdan sonra Ruslan məşqlərə başlaya biləcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR