Bank Of Baku

“Bakı” “Şahdağ” klubunu məğlub edib

“Bakı” “Şahdağ” klubunu məğlub edib
# 06 fevral 2007 14:38 (UTC +04:00)
Qusarın “Şahdağ” klubu bu gün ölkə çempionu “Bakı” ilə yoxlama görüşündə qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 8-ci mikrorayonda yerləşən stadionda keçirilən görüş “Bakı”nın qələbəsi ilə nəticələnib 2:1. Azərbaycan çempionu hər iki topu penalti zərbəsindən vurub. Birinci hissədə Fernando Peres, fasilədən sonra Darko Yovandiç fərqlənib. Oyunu idarə edən Ceyhun Haşımov “Şahdağ”ın qapısına ilk penaltini təyin edərkən komandanın dağıstanlı legioneri İsmayıl Xalimbəyovu əllə oyuna görə meydandan qovub. “Şahdağ”ın da penaltidən qol vurmaq imkanı olsa da, Əhməd Ticani bundan yararlana bilməyib. Buna baxmayaraq, Ə.Ticani oyunda hesabı açan futbolçu olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR