Bank Of Baku

MOİK peşəkar futbol klubu olacaq

MOİK peşəkar futbol klubu olacaq
# 06 fevral 2007 15:13 (UTC +04:00)
Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsində mübarizə aparan MOİK peşəkar klub olmaq yolunda ilk ciddi addım atıb. Klub prezidenti Natiq Əliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, artıq bütün lazımi sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. MOİK-in peşəkar klub kimi formalaşdırılmasında məqsəd komandaya sponsorların cəlb edilməsidir. Qeyd edək ki, MOİK-in əsasnaməsi hərbi xidmətdə olanlarla yanaşı, mülki futbolçuların da heyətə cəlb edilməsinə imkan verir. Cari mövsümü boşa verən komandanın qarşısına Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanmaq vəzifəsi qoyulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR