Bank Of Baku

UEFA prezidenti Mişel Platini İtaliya Futbol Federasiyasının çempionatı dayandırmaq barədə qərarını dəstəkləyib

UEFA prezidenti Mişel Platini İtaliya Futbol Federasiyasının çempionatı dayandırmaq barədə qərarını dəstəkləyib
# 06 fevral 2007 15:38 (UTC +04:00)
“İstənilən zorakılıq qəbulolunmazdır. Zorakılığa futbolda yer olmamalıdır. Bizim borcumuz bu biabırçı halla mübarizə aparmaqdan ibarətdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Mişel Platini bildirib. UEFA başçısı fevralın 2-də İtaliya çempionatında “Katanya” və “Palermo” komandaları arasındakı oyunda azarkeşlər arasında baş verən toqquşmada həlak olan polis zabiti Filippo Raçitinin ailəsinə başsağlığı verib. M.Platini İtaliya Futbol Federasiyasının çempionatı dayandırmaq qərarını dəstəklədiklərini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR