Bank Of Baku

Tomas Rositski Çexiyanın ən yaxşı futbolçusu seçilib

Tomas Rositski Çexiyanın ən yaxşı futbolçusu seçilib
# 06 fevral 2007 15:55 (UTC +04:00)
2006-cı ildə Çexiyanın ən yaxşı futbolçusu adına İngiltərənin “Arsenal” klubunda çıxış edən Tomaş Rositski layiq görülüb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkənin ən güclü oyunçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda futbolçular, məşqçilər və Çexiya Futbol Assosiasiyasının (ÇFA) nümayəndələri olmaqla, 104 nəfər iştirak edib. Nəticədə 1282 xal toplayan T. Rositski növbəti iki pillənin sahibləri “Çelsi” qapıçısı Peter Çex (1204 xal) və “Yuventus”un yarımmüdafiəçisi Pavel Nedvedi (902 xal) qabaqlayıb. Maraqlıdır ki, 26 yaşlı yarımmüdafiəçi P. Çexə səs verib. Bu mükafat 2001 və 2002-ci illərdə də T. Rositskiyə qismət olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR