Bank Of Baku

Özbəkistan yığmasının baş məşqçisi: “Azərbaycanla görüşün baxımlı keçəcəyinə ümid edirəm”

Özbəkistan yığmasının baş məşqçisi: “Azərbaycanla görüşün baxımlı keçəcəyinə ümid edirəm”
# 06 fevral 2007 16:16 (UTC +04:00)
“Vaxtilə baş məşqçi kimi Özbəkistan millisinin yeniyetmələr, daha sonra gənclərdən ibarət yığma komandasını çalışdırmışam. Gənc futbolçularımız əvvəllər azərbaycanlı həmyaşıdları ilə qarşılaşıblar. Sonuncu oyunumuz 2004-cü ilin aprelində olub. Bakıda keçirilən həmin görüşdə 0:1 hesabı ilə uduzmuşuq. Həmin komandanın baş məşqçisi mən olmuşam. Yadımdadır, o vaxt milli komandaların görüşündə də Azərbaycan uğur qazandı. Millilərimiz Bakıda 1:3 hesabı ilə məğlub oldu”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Özbəkistan yığmasının baş məşqçisi Rauf İnileyev söyləyib. Sabah milli komandamızla yoldaşlıq görüşündə Özbəkistan yığmasının baş məşqçisi postunda debüt edəcək Rauf İnileyevin sözlərinə görə, Azərbaycan zəif komanda deyil. Azərbaycan və Özbəkistan yığma komandalarının FİFA-nın reytinq siyahısında müxtəlif qütblərdə yerləşməsinə əhəmiyyət vermədiyini qeyd edən baş məşqçi, sabahkı oyunun baxımlı keçəcəyini vurğulayıb: “Azərbaycan Avropada, biz Asiyada çıxış edirik. Məlum deyil ki, Özbəkistan Avropada çıxış etsəydi, hansı yeri tutardı. Yaxud, əksinə. Buna görə, hesab edirəm ki, hər iki yığma komandanın gücü bərabərdir. Yadımdadır, SSRİ dövründə “Neftçi” ilə “Paxtakor” komandalarının görüşü gərgin mübarizə şəraitində keçirdi. Qarşıdakı oyun da belə olacaq. Görüşün baxımlı keçəcəyinə ümidliyəm”. R.İnileyev Azərbaycan haqda müəyyən informasiyaya malik olduğunu və vaxtilə millimizin qapısını Dmitri Kramarenkonun qoruduğunu bildirib: “Elə alınıb ki, “Paxtakor” klubunda oynamamışam və buna görə, “Neftçi” ilə elə də çox qarşılaşmamışam. Ancaq Banişevski, Tuayev, Hacıyev, Kramarenkonu xatırlayıram. Köməkçim Mircəlal Qasımov isə vaxtilə bir yerdə oynadığı Vəli Qasımovu tez-tez xatırlayır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR