Bank Of Baku

“Liverpul” klubu 435 milyon funt sterlinqə satılıb

“Liverpul” klubu 435 milyon funt sterlinqə satılıb
# 06 fevral 2007 16:31 (UTC +04:00)
İngiltərə premyer-liqasının ən titullu klubu sayılan “Liverpul” 435 milyon funt sterlinqə ABŞ-dan olan iş adamları Corc Cilet və Tom Hiksə satılıb. “APA-Sport” agentliyinin məlumatına görə, T. Hiks ABŞ-ın Beysbol Liqası (MLB) təmsilçisi “Texas Reyncers” və Amerikanın Müntəzəm Hokkey Liqasında (NHL) iştirak edən “Dallas Starz” komandasının, C. Cilet isə digər NHL klubu “Montreal Kanadiens”in sahibidir. İş adamları klubun səhmləri üçün 174,1 milyon, yeni stadionun inşası üçün təqribən 215 milyon funt xərcləyəcək. Bununla “Liverpul”un 44,8 milyon funt sterlinq məbləğində borcu qapadılacaq. Xatırladaq ki, indiyədək ABŞ iş adamlarından Malkolm Qleyzer “Mançester Yunayted”, Rendi Lörner isə “Aston Villa” klublarını almışdı. Ümumilikdə, “Çelsi”, “Portsmut”, “Vest Hem” və “Fulhem” klublarının sahibləri də əcnəbilərdir.
/APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR