Bank Of Baku

“İnter” Antalyada Rusiyanın “OİK-Enerji” klubu ilə heç-heçə oynayıb

“İnter” Antalyada Rusiyanın “OİK-Enerji” klubu ilə heç-heçə oynayıb
# 07 fevral 2007 09:33 (UTC +04:00)
Bakının “İnter” klubu Türkiyənin Antalya şəhərində hazırlıq prosesində keçirdiyi sonuncu yoxlama oyununda heç-heçə edib. Komandamızın Rusiyanın birinci dəstəsində çıxış edən Xabarovskun “OİK-Enerji” klubu ilə görüşü 1:1 hesabı ilə başa çatıb. Bu haqda “APA-Sport” agentliyinə “İnter”in ukraynalı baş məşqçisi Valentin Xodukin məlumat verib. Antalyada keçirdiyi yoxlama oyunlarında cəmi bir qələbə qazanan “İnter” bu gün Türkiyəni tərk edib vətənə qayıdacaq. Komandanın hazırlıq prosesində heyətə cəlb etdiyi legionerlər artıq müəyyənləşib. V.Xodukinin sözlərinə görə, Bakıya qayıtdıqdan sonra xorvatiyalı Tomislav Staniç və litvalı Andrius Qedqaudasla rəsmi müqavilə bağlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR