Bank Of Baku

“Neftçi” “Neapol” otelinə köçəcək

“Neftçi” “Neapol” otelinə köçəcək
# 07 fevral 2007 09:45 (UTC +04:00)
“Neftçi” klubu futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turuna hazırlıq məqsədilə dörd ulduzlu “Neapol” otelində təlim-məşq toplanışına yığışacaq. “APA-Sport” agentliyinin məlumatına görə, dörd qat Azərbaycan çempionu bu məkanda fevralın 9-da axşam saatlarında bir araya gələcək və iki gün sonra ikinci dövrənin ilk turunda Sumqayıtda “Gənclərbirliyi” ilə qarşılaşacaq. Milli komandamızın da son vaxtlar məskunlaşdığı “Neapol” otelinin Sumqayıta yaxın olması seçimə təsir edib. Fevralın 9-dək hazırlığı paytaxtda olacaq “Neftçi” klubu oyun öncəsi son məşq prosesini Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR