Bank Of Baku

Yunis Hüseynov braziliyalı legioner Markus Fereyranın milli komandamızda oynamasını təklif edib

Yunis Hüseynov braziliyalı legioner Markus Fereyranın milli komandamızda oynamasını təklif edib
# 07 fevral 2007 10:41 (UTC +04:00)
“Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov komandasından yığmamıza yeni futbolçu təklif edib. “APA-Sport” agentliyinin məlumatına görə, çalışdırıcı braziliyalı legioner Markus Fereyranın milli komandamıza xeyir verə biləcəyini vurğulayıb. Y.Hüseynov 25 yaşlı yarımmüdafiəçisini Azərbaycan millisində çıxış etməyə layiq olduğunu bildirərək, onun milliləşdirilməsini təklif edib. Məşqçi artıq zədəsini sağaltmış M.Fereyranın milli komandamıza oyun qurucusu kimi fayda verə biləcəyini iddia edib. Qeyd edək ki, “Karvan” klubundan artıq bir braziliyalı futbolçu milliləşdirilərək, yığma komandamıza cəlb olunub. Belə ki, 29 yaşlı müdafiəçi Ernani Pereyra ötən ilin oktyabrın 7-də 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunları çərçivəsində Portuqaliya yığması ilə səfər görüşündə Azərbaycan yığmasında debüt edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR