Bank Of Baku

Azərbaycanın 19 yaşlılardan ibarət milli komandası Rusiyanın ikinci dəstəsində çıxış edən “Amur” klubuna uduzub

Azərbaycanın 19 yaşlılardan ibarət milli komandası Rusiyanın ikinci dəstəsində çıxış edən “Amur” klubuna uduzub
# 07 fevral 2007 11:22 (UTC +04:00)
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün keçirdiyi yoxlama oyununu məğlubiyyətlə başa vurub. Millinin baş məşqçisi Arif Əsədovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Rusiyanın ikinci dəstəsində çıxış edən Krasnoyarskın “Amur” klubu ilə görüşdə yeniyetmələrimiz 2:3 hesab ilə uduzublar. Komandamızdan qolların müəllifləri Rauf Əliyev ilə Cavid Hüseynov olub. A.Əsədovun sözlərinə görə, rəqib qələbə topunu oyunun son dəqiqələrində qapımıza təyin olunan penalti sayəsində vurub. Qeyd edək ki, sabah vətənə qayıdacaq 19 yaşlılardan ibarət yığma komandamız Krımsk şəhərindəki hazırlıq prosesi çərçivəsində keçirdiyi üç yoxlama oyununun heç birində qələbə qazana bilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR