Bank Of Baku

Şahin Diniyev Özbəkistanla yoldaşlıq görüşünün start heyətini açıqlayıb

Şahin Diniyev Özbəkistanla yoldaşlıq görüşünün start heyətini açıqlayıb
# 07 fevral 2007 13:05 (UTC +04:00)
Milli komandamızın baş məşqçisi Şahin Diniyev bu gün Özbəkistan yığması ilə yoldaşlıq görüşü üçün start heyətini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 3-5-2 taktiki sxeminə üstünlük verən Ş.Diniyev qapını Fərhad Vəliyevə tapşırıb. Müdafiədə Samir Abbasov, Ernani Pereyra, Aslan Kərimov yer verib. Yarımmüdafiə xəttini Aleksandr Çertoqanov, Andre Ladaqa, Emin İmaməliyev, İlqar Qurbanov və Ceyhun Sultanov təşkil edəcək. Hücumda isə Leandro Qomeş ilə Kənan Kərimov çıxış edəcək. Qeyd edək ki, ehtiyatda qalan futbolçular Cahangir Həsənzadə, Ramin Quliyev, Zaur Həşimov, Nodar Məmmədov, Elmar Baxşıyev, Vaqif Cavadov, Vüqar Nadirovdur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR