Bank Of Baku

Portuqaliya Braziliya yığmasını məğlub edib

Portuqaliya Braziliya yığmasını məğlub edib
# 07 fevral 2007 13:16 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibi olan Portuqaliya beş qat dünya çempionu Braziliya üzərində 2:0 hesablı qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Böyük Britaniyanın paytaxtı London şəhərindəki “Emirates” stadionunda keçirilmiş yoldaşlıq görüşündə qollar oyunun son 10 dəqiqəsində vurulub. 82-ci dəqiqədə Simao Sabroza, sonuncu dəqiqədə isə Rikardu Karvalyu fərqlənib. Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari 2002-ci ildə dünya çempionu titulunu qazandırdığı Braziliya millisi üzərində ikinci qələbəsini əldə edib. Onun rəhbərliyi altında portuqaliyalılar Braziliya üzərində ilk qələbəyə (1:0) 2003-cü ildə Portu şəhərində imza atmışdılar. Millimizin qrupdakı digər rəqibi Qazaxıstan səfərdə Çin millisinə 1:2 hesabı ilə uduzub. Yığmamızın A qrupundakı digər rəqibləri bu axşam yoldaşlıq görüşləri keçirəcəklər. Ermənistan yığması səfərdə Andorranın qonağı olacaq. Polşa öz meydanında Slovakiyanı, Belçika isə Çexiyanı qəbul edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR