Bank Of Baku

İqor Nakoneçnı: “Bizi mükafatçılar sırasında görməyən komandalara yanlış düşündüklərini sübut edəcəyik”

İqor Nakoneçnı: “Bizi mükafatçılar sırasında görməyən komandalara yanlış düşündüklərini sübut edəcəyik”
# 07 fevral 2007 14:44 (UTC +04:00)
“Bizi mükafatçılar sırasında görməyən komandalara yanlış düşündüklərini sübut edəcəyik. Hansı yeri tutacağımızı vəd etməsəm də, mükafatçılar sırasına düşmək üçün sonadək döyüşəcəyimizə söz verirəm”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı bildirib. Ukraynalı mütəxəssisin sözlərinə görə, Antalya toplanışında hazırlıq planları istədikləri kimi keçib: “Ola bilsin ki, komandanın oyun keyfiyyəti lazımi səviyyədə deyildi. Ancaq nəzərə almalıyıq ki, heyətimizdəki bəzi problemlər üzündən yeni taktiki variantları nəzərdən keçirdik. Yoxlama oyunlarında güclü rəqiblər ilə qarşılaşdıq. Komandanı ikinci dövrəyə hazırlıqlı saymaq olar. Sınaq matçlarında yalnız oyun yox, nəticə haqda da düşünürdük. Təsadüfi deyil ki, keçirdiyimiz yoxlama oyunlarının heç birində uduzmadıq. Bu oyunlarda cəmi bir top buraxdıq ki, bu da komandamızın müdafiə xəttinin inamlı olmasını göstərir”. İ.Nakoneçnı moldovalı hücumçu Anatoli Doroşun məhsuldarlığından razı qaldığını bildirərək, yeni belaruslu hücumçu Vitali Ledinyovun da ümidlərini doğrultduğunu qeyd edib. Baş məşqçi dəvət etdiyi digər yeni oyunçular müdafiəçilər Elnur Abbasovla İlyas Qurbanovun oyun praktikasından əziyyət çəkdiyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR