Bank Of Baku

Milli komandalarımızın “Şəfa” stadionunda hazırlıq keçməsi üçün problem yaradılmayacaq

Milli komandalarımızın “Şəfa” stadionunda hazırlıq keçməsi üçün problem yaradılmayacaq
# 07 fevral 2007 15:06 (UTC +04:00)
“Şəfa” stadionu “İnter” klubuna 15 illiyə icarəyə verilsə də, milli komandalarımız bu arenadan istifadə edəcək”. Bu sözləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Şəfa” stadionunun direktoru Elman Hüseynov bildirib. E.Hüseynovun sözlərinə görə, “İnter” və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında bağlanmış müqaviləyə əsasən, bütün yaş qrupları üzrə milli komandalarımız stadionun müxtəlif meydançalarında hazırlıq keçə biləcək. Mövsümün sonunadək əsas meydançada “Olimpik” klubunun ev oyunlarını keçirəcəyini qeyd edən direktorun sözlərinə görə, stadionun daxilindəki milli komandalar üçün mehmanxanada “İnter” futbol klubunun oyunçuları məskunlaşacaq. E.Hüseynov həmçinin bildirib ki, yaxın zamanlarda stadionda yüngül təmir işləri aparılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR